Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:12
Bu il aprelin 1-dən həqiqi hərbi xidmətə çağırış başlanıb. Bu barədə ölkə prezidenti İlham Əliyev müvafiq sərəncam verib.
Bir ay davam edəcək çağırış 1994-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, o cümlədən, 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşlarına aiddir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa müvafiq xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG