Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:18

Malidə üsyançılar Qao şəhərinə giriblər


Qərbi Afrika dövləti Malidə Tuareq tayfasından olan üsyançılar ordunun əlində olan Qao şəhərinə giriblər.

Qərb agentliklərinin məlumatına görə, hökumət qoşunları müdafiə olunur, havaya vertolyotlar qaldırılıb.

Üsyançılar cümə günü Kidal şəhərini də ələ keçiriblər.

Tuareq separatçıları qədim torpaqları olan Azavad rayonundakı nəhəng səhra uğrunda mübarizə aparırlar.

Bu torpaqlar vaxtilə bir neçə dövlət arasında bölüşdürülüb.
XS
SM
MD
LG