Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:03

Metrodan istifadə edənlərin sayı 8% artıb


Bu ilin fevral ayı ərzində Bakı Metropolitenindən 15.1 mln. nəfər sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 2% azdır.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Buna baxmayaraq, cari ilin yanvar-fevral aylarında metrodan 30.5 mln. nəfər istifadə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.8% çoxdur.

1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
XS
SM
MD
LG