Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:42

Mineral suların təbii muzeyi - Naxçıvan


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Sayı: 28 (20.433) 11 fevral 2012


NAXÇIVAN GƏNCLİYİNİN MİNNƏTDARLIĞI

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin «Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında» 2012-ci il 31 yanvar tarixli Fərmanı gənc istedadlara göstərilən növbəti dövlət qayğısıdır. Bu fərmana əsasən, «Qızıl kitab»ın təsis olunması muxtar respublika gəncliyi tərəfindən çox böyük sevinclə, minnətdarlıq hissilə qarşılanıb.

Aytəkin Dərya (Səfərəliyeva) Babək rayonunun Cəhri kəndindəndir. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin 2-ci kurs tələbəsidir. Daha çox vətənpərvərlik mövzularına yer verən Aytəkin şifahi xalq ədəbiyyatımızdan da qaynaqlanaraq sayca ikinci olan «Mənim şanlı Naxçıvanım» kitabında bayatı və təmsillərə də yer ayırıb. O, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Gənc yazarlar dərnəyinin üzvüdür.

Söhbət əsnasında deyir: «...Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin haqqında söhbət açdığımız fərmanı isə biz gənclərə göstərilən diqqət və qayğının ifadəsidir...».

Cavanşir Əlizadə isə çox gənc olmasına baxmayaraq, idman sahəsində böyük uğurlara imza atan gənclərimizdən biridir. Gənc idmançımızla söhbətində bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bu fərmanı onu yeni qələbələr qazanmağa həvəsləndirib: ««Qızıl kitab»a adımın yazılmasını çox istəyirəm. Ancaq onu da bilirəm ki, hər şey yalnız arzu etməklə bitmir, bunun üçün çox çalışmaq lazımdır. Muxtar Respublikamızda idmana göstərilən diqqət və qayğı daha böyük uğurlar qazanmağa əsas verir...».

BADAMLI – ADI DA VAR, DADI DA

«Mineral suların təbii muzeyi» adlandırılan muxtar respublikamızda 200-dən artıq mineral su mənbələri mövcuddur. Onlardan biri – Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral su bir çox özəllikləri ilə qiymətlidir.

Muxtar respublikamızda sahibkarlığa göstərilən dövlət qayğısı, iş adamları üçün əlverişli şəraitin yaradılması «Badamlı» mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə keyfiyyətli məhsul istehsalına başlanılmışdır.

«Gəmiqaya Mineral Sular» MMC müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir.

Mineral suyun butulkalara doldurulması üçün Fransanın məşhur «SIDEL» şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 9 çeşiddə mineral su istehsal olunur. Onu da qeyd edək ki, plastik butulkalar və qapaqlar üçün 2011-ci il fevral ayından istifadəyə verilmiş «Gəmiqaya Plastmas Kapsul və Qapaq» MMC-nin məhsullarından istifadə edilir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Bankların muxtar respublika iqtisadiyyatında rolu böyükdür

- Naxçıvanda «Xıdır Nəbi» mərasimi və ya Xızır peyğəmbərlə bağlı bir neçə söz

- Muxtar respublikanın ixrac potensialının genişlənməsi xarici ticarət dövriyyəsinin sürətlə artımına şərait yaratmışdır

Şərhləri göstər

XS
SM
MD
LG