Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:15

Tailandda törədilmiş partlayışda 7 adam ölüb


Tailandın cənubundakı Yala şəhərində maşının partladılması nəticəsində azı 7 adam ölüb.

Yerli polis 70-dən çox adamın yaralandığını xəbər verir.

Həmçinin ölkənin şəhərindəki başqa şəhərlərdə 2 partlayış törədilib.

Amma itki və ya xəsarət alan olmayıb.

Tailandın cənubunda radikal Malay islamçılarının hərbi bazaları var.

Onlar çoxluqda olan buddistlər tərəfindən represiyalara məruz qaldıqlarını deyirlər.
XS
SM
MD
LG