Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:16
Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


TELLİ


Salam, can!
Daha soruşmuram necəsən
Bilirəm, mənsiz daha yaxşısan.
Artıq nə etdiyini də soruşmuram,
Onsuz da cavabını bilirəm – “heç nə.”
İşlərinlə də maraqlanmıram,
Özünə maraqlı olmadığı üçün.
Daha sual da vermirəm Sənə,
Yalan cavablar eşitməmək üçün .
Səni qısqanmağı da tərgitmişəm,
Məndən artıq sevə bilməyəcəkləri üçün.
Daha evinizin yolunu da soruşmuram,
Dayanacaqların sayın əzbərlədiyim üçün.
Sənin üçün darıxdığımı da demirəm,
Bilirəm, darıxdığımı yazdıqlarımdan anlamısan...


Bir həftə…

Hesablamağı yaxşı bacarmıram-
Məsələn tənlik həll etməyi,
böyük rəqəmləri bir-birinə vurub,
mötərizəni açıb cavab ala bilmirəm.
Həndəsi fiqurları da anlamıram
B-dən D-yə də gedə bilmirəm.
Amma saymağı bilirəm...
Bilirəm bir həftənin yeddi günü,
Bir günün iyirmi dörd saatı,
İyirmi dörd saatın min dörd yüz qırx dəqiqəsi,
Min dörd yüz qırx dəqiqənin səksən altı min dörd yüz saniyəsi,
Yeddi günün yüz altımış səkkiz saatı,
On min səksən dəqiqəsi,
Altı yüz dörd min səkkiz yüz saniyəsi var...
Sən demə yoxluğunun hesabını sayıram -
Hələ beş yüz on səkkiz min dörd yüz saniyə qalıb...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG