Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:11

Daha 3 Suriya rəsmisinə qarşı sanksiya tətbiq edildi


Birləşmiş Ştatlar daha 3 yüksək rütbəli Suriya rəsmisinə qarşı sanksiya tətbiq edib.

Söhbət müdafiə naziri Davood Rajiha,silahlı qüvvələrin baş qərargah rəisi Munir Adanov və prezidentin mühavizə xidmətinin rəisi Zuhayr Shalishdən gedir.

Onların ABŞ-kı bank hesabları dondurulacaq və ABŞ vətəndaşlarının onlarla əməkdaşlıq etməsi qadağan ediləcək.

Bir ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG