Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24
Hər il martın 31-i bütün dünyada ekoloqlar «Yer Saatı» adlı aksiya keçirirlər. Aksiya iştirakçıları iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək əlaməti olaraq bir saatlığa işıqları söndürürlər.

Ötən il «Yer Saatı» ərzində dünyanın bir çox məşhur abidələrini işıqlandıran işıq sistemləri bir saat müddətinə söndürülmüşdü. Bunlar arasında Romada Kolizey, Stokholmda Kral Sarayı, Budda Məbədi, Londonda Siti-Holl, San-Fransiskoda Qızıl Qapı Körpüsü, Parisdə Eyfel Qülləsi və s. dünya şöhrətli abidələr də yer alıb.

Ümumdünya Vəhşi Təbiət Fondunun Rusiya bölməsinin inkişafı üzrə direktoru Olqa Yerak deyir ki, bu il onlar Kremlin işıqlarının söndürülməsinə nail olmaq niyyətindədirlər. Olqanın fikrincə, Kreml şöhrətinə görə yuxarıda adıçəkilən obyektlərdən heç də geri qalmır. Ona görə də, bu aksiyaya Moskvanın simvolu olan bu hökumət obyekti də dəstək verməlidir.

«Biz artıq prezident administrasiyasına bu barədə məktub yazmışıq. Hələlik rəsmi bir cavab almasaq da, onlarda müəyyən maraq oyatmışıq. Bu, bizi çox sevindirdi», -- Olqa belə deyir. Ancaq onu daha çox sevindirən odur ki, yaxınlarda «Dənizlərin neft axıntılarından qorunması haqqında» qanun layihəsinin qəbulu üçün 100 mininci imzanı toplayıblar.

«ARKTİKA İLİ»

Ümumdünya Vəhşi Təbiət Fondunun Rusiya bölməsi 2012-ci ili «Arktika İli» elan edib. Bu ərazi hazırda sənaye məqsədilə ən fəal mənimsənilən yerdir. Arktika

Arktika

Bunun Arktikanın həssas ekosisteminə zərərinin qarşısını almaq məqsədilə Olqa yoldaşları ilə birlikdə internetdə 100 minlik imzatoplama kampaniyasına başlayıb.

Niyə məhz 100 min? Vladimir Putin özünün seçki kampaniyasında belə bir fikir səsləndirib ki, hər hansı məsələ internetdə 100 min nəfərin dəstəyini qazanarsa, ona Dövlət Dumasında baxılmalıdır. Bundan əlavə, Fondun Dövlət Dumasının Təbii ehtiyatlar üzrə komitəsi ilə razılaşması da var. Bu razılaşmaya əsasən, 100 min imza toplandıqdan sonra qanun layihəsi Dumanın müzakirəsinə təqdim ediləcək. Olqa deyir ki, bu, digər layihələr üçün də yaxşı presedent olacaq.

Bu il martın 31-də Moskva Dövlət Universitetinin, şəhər meriyasının, bütün əsas körpülərin və bir çox başqa obyektlərin işıqları söndürüləcək.

Olqa onu da xatırladır ki, bu, simvolik bir aksiyadır və məqsəd enerjiyə birsaatlıq qənaət etmək yox, insanları məhdudiyyətsiz enerji sərfiyatı barədə düşündürməkdir. O, təklif edir ki, «Yer Saatı» ərzində insanlar elektriklə işləyən avadanlıqlardan uzaq durub, şam işığı altında hansısa sevimli işləri ilə məşğul olsunlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG