Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:47

Keçmiş qubernator 2 ABŞ əsgərinin qətlində ittiham olunur


Əfqanıstanın Kapisa əyalətinin keçmiş qubernatoru Gulam Gavs Abu Bakr 2009-cu ilin mayında 2 ABŞ əsgərinin öldürülməsində əli olmadığını deyir.

The Wall Street Journal qəzeti istintaq materiallarına əsasən yazır ki, intiharçının törətdiyi hücum Abu Bakrın göstərişiylə hazırlanıb.

Abu Bakr Azadlıq Radiosuna müsahibəsində ittiham rədd edib.

Qəzet yazır ki, keçmiş qubernator həmin il ABŞ, Böyük Britaniya və Fransa səfirlərinə hücumun təşkilində də şübhəli bilinir.
XS
SM
MD
LG