Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

Avropa parlamentariləri Bakıya toplaşırlar


Aprelin 2-də Milli Məclisdə Avronest Parlament Assambleyasının (Avronest PA) ikinci sessiyası öz işinə başlayacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, sessiyada Avropa ölkələrindən 200-dək nümayəndənin iştirakı gözlənilir.

Sessiya çərçivəsində bir sıra komitələrlə yanaşı, siyasi məsələlər, insan hüquqları və demokratiya, vətəndaş cəmiyyəti üzrə komitələrin də iclasları keçiriləcək.

Avronest PA-nın Bakıdakı sessiyası öz işini aprelin 4-də yekunlaşdıracaq.
XS
SM
MD
LG