Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07

İran Reuters agentliyinin işçilərinin qeydiyyatını ləğv edir



İran hökuməti Tehranda çalışan Reutüers agentliyinin əməkdaşlarının qeydiyyatını ləğv edib. Bundan az əvvəl agentlik İranda minlərlə ninza qadınların hazırlanması barədə video yaymışdı. Bundan sonra Reuters qadınların sayının 3 min nəfər olması barədə düzəliş verməyə məcbur edildi.

Reuters bildirir ki, bugünlərdə İranın Mədəniyyət və İslam Qaydaları Nazirliyi Tehranda agentliyin büro rəhbərinə zəng edərək 11 əməkdaşın hamısının qeydiyyat kartlarını geri qaytarmalarını tələb ediblər.

Agentlik bildirir ki, problemin həlli üçün danışıqlar aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG