Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:47

Plagiatlıqda ittiham olunan Macarıstan prezidenti istefa verə bilər



Martın 30-da Macarıstan prezidenti Pal Schmitt bütün rəsmi tədbirlərini təxirə salıb. O, aylardır ki, plagiatlıq ittihamları ilə üz-üzədir.

Prezidentin sözçüsü deyir ki, dövlət başçısı bu məsələ barədə yaxınlarda ictimai televiziya ilə çıxış edəcək, amma o, prezidentin istefa verə biləcəyi barədə məlumatların yalan olduğunu bildirir.

Dünən Budapeşt Universiteti də prezidentin 1992-ci ildə yazdığı doktorluq işinin əsas hissəsini bir başqasının kitabından köçürməsi barədə qərara gəlib və dövlət başçısını aldığı elmi tituldan məhrum edib.

Amma prezident Pal Schmitt iddiaları rədd edir.

Müxalifət prezidenti dərhal istefa verməyə çağırır.

Macarıstanda beş illiyə seçilən prezidentin səlahiyyətləri olduqca məhduddur. Pal Schmitt də bu vəzifəyə 2010-cu ildə seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG