Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:58

Korrupsiyada ittiham olunan keçmiş qırğız məmur Tbilisiyə qaçıb



Gürcüstan rəsmiləri bildirirlər ki, Qırğızıstanda prezident katibliyinin keçmiş rəhbəri Oksana Malyovannaya martın 30-da ailəsi ilə birlikdə Tbilisiyə gəlib. Rəsmilər bildirirlər ki, gələcək statsuları müəyyən olunana qədər onlar Gürcüstan ərazisində yaşayacaqlar.

Dünən Malyovannaya və ailəsi Ukrayanaya getmək istəyib, amma bu ölkədə onları qəbul etməkdən imtina olunub. Buna görə BMT-nin qaçqınların işləri üzrə Ali Komissarlığı Kiyevi tənqid edib.

Keçmiş prezident Kurmanbek Bakiev ölkəni tərk edəndən sonra Oksana Malyovannaya da həbs edilmişdi. Müvəqqəti hökumət onun həbsini ev dustaqlığı ilə əvəz etmişdi. Amma Oksana Malyovannaya 2010-cu ilin noyabrında ailəsi ilə birlikdə Qazaxıstana qaçmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG