Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:29

Kofi Annan Suriyada dərhal atəşkəs tələb edir



BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Suriya prezidenti Bashar al-Assadı sülh planının tərkib hissəsi kimi təcili atəşkəsə çağırıb.
Martın 30-da hökumət qüvvələri yenidən Homs şəhərini raket atəşinə tutublar. Bu şəhərdə müxalifət qüvvələri güclüdür.

Prezident Assad Annanın sülh planını qəbul etdiyini bildirir, amma BMT-nin keçmiş Baş katibi qeyd edir ki, planın icra edilə bilməsi üçün zorakılıq dərhal dayandırılmalı, atəş kəsilməlidir. O, hökumət qüvvələrini dərhal atəşi kəsməyə çağırır. Eyni zamanda müxalifət qüvvələrini də atəşi dayandırıb danışıqlara başlamağa səsləyir.

BMT-nin məlumatına görə son bir ildə rejimin dəyişdirilməsi tələbilə keçirilən aksiyalara hökumətin silahlı müdaxiləsi nəticəsində qarşıdurmada 10 min nəfərə yaxın adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG