Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:54

Qırğızıstan prezidenti: Türk xalqlarının birliyinə əngəl olmağa çalışan qüvvələr var


Martın 30-da Qırğızıstan prezidenti Almazbek Atambayev Milli Məclisdə çıxış edib.

O, azərbaycanlılar və qırğızların ortaq tarixindən danışıb:

«Bizim tariximiz və kökümüz birdir. Repressiya dövründə 10 minə yaxın azərbaycanlı Qırğızıstana köçürülüb. Soyuq və pis hava şəraitində vaqonlarda neçə azərbaycanlı ölüb».

A.Atambayev bildirib ki, hər iki ölkənin müstəqillik yolu çətin olub:

«Qırğızlarla azərbaycanlıların dövlətçilik yolu keşməkeşli olub. Ata-babalarımızın keçdikləri yol keşməkeşli olub. Biz ata-babalarımızın tövsiyələrinə əməl etməliyik. Bu, möhtəşəm «Manas» və «Dədə Qorqud» dastanında da var. Heydər Əliyevin dediyi kimi, «Dədə Qorqud» dərin köklərə malikdir, bizim xalqlarımızın ortaq mədəniyyətidir».

A.Atambayevin fikrincə, dünyada türk xalqlarının birliyinə əngəl olmağa çalışan qüvvələr var:

«Tarix türkdilli dövlətlərin birliyini möhkəmləndirmək üçün daha bir şans verib. Lakin bunun üçün türkdilli respublikalar ayağa qalxaraq güclü dövlətlərə çevrilməlidir. Bizi tez-tez diz çökdürməyə çalışırlar, amma biz heç zaman onların köləsi olmayacağıq. Çünki kölə kimi diz üstdə yaşamaqdansa, ayaq üstdə mərd ölmək daha yaxşıdır».
XS
SM
MD
LG