Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Homoseksuallığa çağırış cinayət sayılacaq


Eyni cinsli nikahların qanuniləşdirilməsini tələb edənlər aksiyaya çıxıblar
Eyni cinsli nikahların qanuniləşdirilməsini tələb edənlər aksiyaya çıxıblar

Dini liderler qanunun qəbuluna dəstək verməyə hazırdır

Rusiyanın Novosibirsk vilayətinin qanunverici məclisi Dövlət Dumasına yeni layihə göndərib. Bu qanun layihəsi yeniyetmələr arasında homoseksualizmin təbliğatının qadağan ediməsinə aiddir.

100 MANATDAN 10 MİN MANATA KİMİ CƏRİMƏ

Layihəyə görə, yeniyetmələr arasında eyni cinslər arasında intim münasibətləri təbliğ edən şəxslər 4-5 min rubl (100-130 manat)) cərimə oluna bilər. Vəzifəli şəxslər üçün cərimənin məbləği daha böyükdür – 40-50 min rubl (1000-1300 AZN). Hüquqi şəxslər bu əməli törədəcəyi halda cərimənin miqdarı 100 dəfə böyüyür – 400-500 min rubl (10000-13000 manat).

Novosibirskdən olan deputatlar bildiriblər ki, Rusiyada homoseksuallığın təbliği pik həddinə çatıb k, bu da yeniyetmələr və uşaqlar üçün təhlükə yarada bilər.

DİNİ LİDERLƏR QANUNA TƏRƏFDAR ÇIXIBLAR

Yerli dini liderlər, xristian və müsəlman icmalarının nümayəndələri də bu dəfə deputatların tərəfindən çıxış ediblər. Onlar belə bir qanunun qəbulunun çoxdan zəruri olduğunu deyiblər. Dini liderlər sənədin qəbuluna hər cür dəstək verməyə hazır olduqlarını söyləyiblər.

Bundan əvvəl Sankt-Peterburq və Novosibirsk hökumətləri eynicinslər arasında münasibətlərin təbliğinə qarşı qanun qəbul etmişdi. Sankt-Peterburq qubernatorunun imzaladığı sənədə görə, “yeniyetmələr arasında gey, lesbiyanlıq, biseksuallıq, transgenderliklə bağlı təbliğatın aparılması” qadağan edilir.

BU SƏNƏD AYRISEÇKİLİK YAYIR

Human Rights Watch təşkilatı isə qanunun insan haqlarına zidd olduğunu vurğulayaraq onun ləğvini tələb etmişdi. Təşkilat bəyan etmişdi ki, bu sənəd homofobiyaya, insanlar arasında ayrıseçkiliyin yayılmasına xidmət edir.

Human Rights Watch qurumunun yaydığı bəyanatda qeyd olunub ki, Rusiyada gey və lesbiyanlara qarşı düşmənsayağı münasibət mövcuddur. Onlar tez-tez hücumlara, təqiblərə məruz qalırlar. Hakimiyyət mütəmadi olaraq geylərin mitinqini dağıdır, hətta gey-parad keçirilməsinə də imkan verilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG