Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:46

Abid Şərifov sürüşmə ərazisindədir


Arxiv foto
Arxiv foto
Martın 30-da baş nazirin müavini Abid Şərifov Ağsu aşırımındakı sürüşmə zonasına səfər edib. Bu barədə AzadlıqRadiosuna Ağsu Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Abid Şərifovu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov müşayiət edir. Rəsmilər sürüşmə baş verən ərazilərə baxış keçiriblər.
İcra Hakimiyyətindən verilən məlumata görə, hökumət nümayəndələri hazırda Şamaxı rayonunun Muğanlı kəndindəki sürüşmə zonasında müşavirə keçirir.
Müşavirədən sonra zərərçəkənlər üçün yeni evlərin tikilməsi barədə yekun qərar veriləcək.
Şamaxının Muğanlı kəndindən başlayaraq, Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-də (Muğanlı kəndi ərazisində), həmçinin 140, 141, 142, 146 km-də Ağsu aşırımı ərazisində yol tamamilə çöküb. Bununla əlaqədar Ağsu aşırımı 3 gündür ki, bağlıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG