Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37
«Bizim yol» qəzetinin 30 mart sayında toxunduğu məsələlərdən biri də Sovet vaxtından qalma əmanətlərlə bağlıdır. İctimai Palatanın bu mövzuya həsr etdiyi tədbirdən qəzet geniş reportaj hazırlayıb:

«Qubad İbadoğlu bildirib ki, əmanətlərin qaytarılması üçün müəyyənləşdirilən qaydalarda bir neçə ədalətsiz məqamlar var:

«Üçüncü böyük ədalətsizlik əmanətlərin geri qaytarılmasında istifadə edilən müasirləşdirmə əmsalları ilə bağlıdır. 1500 rublu 150 manat hesab edirlər. Çünki Azərbaycan manatı 10 rubl 1 manat nisbətində dövriyyəyə buraxılıb. 2005-ci ildə manatın denominasiyası getdi və həmin 10 manatı 5 minə böldük. 1500 rublu əvvəlki tarixlə manata çevirəndə 150 manat edir, 150 manatı isə 5 minə bölürlər. Bu zaman 0,003 manat və ya 3 qəpik alınır. Bunların hesablamalarında 1500 rubl 3 qəpik, 2000 rubl 4 qəpik olacaq və s. Bundan sonra isə həmin qəpikləri indekslərə vururlar. 1500 rubla qədər hər qəpiyə 75 manatdan söhbət gedir. Yəni 3 qəpiyi vururlar 75 və bu 225 manat çıxır. Ən yüksək qəpiyə uyğun gələn məbləğ 1500, 2000 manata qədər olan əmanətlərdir. Əmanətlər qalxdıqca qəpiklərin vurulduğu baza məbləğinin səviyyəsi aşağı düşür».
Sovet dövründən qalmış əmanətlərin qaytarılması qaydası (KALKULYATOR)

«Yeni Azərbaycan» qəzeti isə yazır:

«ƏMANƏT SAHiBLƏRi PREZiDENTiN FƏRMANINI BÖYÜK SEViNCLƏ QARŞILAYIBLAR»

Məqalədə qeyd olunur ki, əmanət alanlardan müəllimə Səadət Osmanovanın bankda 2000 rublu olub. Elan olunan qaydalara görə, ən azı 300 manat alacaq: «Nəhayət, gözlədiyimiz qərar verildi. Mənim üçün qəpik-qəpik yığdığım əmanətin dəyəri çox böyükdür. Məlum olduğu kimi, Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olan SSRİ-nin «Banklar və bank fəaliyyəti haqqında» Qanununda və Azərbaycan Respublikasının «Banklar və bank fəaliyyəti haqqında» 1992-ci il 7 avqust tarixli qanununda Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmayıb. Buna baxmayaraq Azərbaycan dövləti belə bir məsuliyyətli addım atdı. Özü də cəmi 1 il yarım ərzində bu prosesi başa çatdırmağı qarşıya məqsəd qoyub».

«AZADLIQ» QƏZETİ TƏHSİL QURUMLARI ARASINDAKI MÜBAHİSƏLƏRƏ TOXUNUB

Qəzet TQDK ilə Təhsil Nazirliyinin bir-birini günahlandırması barədə media eksperti Mahal İsmayıloğlunun fikrini öyrənib:

«Qanunsuzluqları törətməkdə onlar eyni mənbəyə bağlıdır. Saxta diplomlar, saxta köçürmələr həddən ziyadədir. Uzağa getməyək, BDU-da hər il qəbul olunanla oranı qurtaranların sayını müqayisə etmək kifayətdir. Nə qədər adamın saxta, qurama yollarla gəldiyini və saxta diplomların nədən yarandığı məsələsini aydınlaşdırmaq vacibdir. Fakt budur ki, təhsildən gələn korrupsiya daha da təmərküzləşib. Hər iki qurumun rəhbəri bir-birilə savaşa çıxıbsa, təbii ki, onlar arasında konflikti sakitləşdirən də hakim ailədir. İstənilən halda, hakim ailənin tapşırıqlarından kənarda qalan adam cəzalandırılır. Digər hallarda cəza növü nəzərdə tutulmur. Ailə tapşırıqlarına riayət etmək postda qalmağın birinci şərtidir, o biri şərtlər əhəmiyyətli deyil. Bu səbəbdən iki qurum rəhbərinin hansınınsa vəzifəsinə vida deməsi hazırkı vəziyyətdə ola bilməz. Çünki onlar üzərinə düşən öhdəliyi yerinə yetirərək hakimiyyət piramidasındakıların şərtlərinə əməl edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG