Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:52

Düdənginskinin qəbri ləğv edilir


Düdənginskinin qəbri, Noy-Ulm, 2009
Düdənginskinin qəbri, Noy-Ulm, 2009
Azərbaycan hərbçisi Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin qəbri ləğv edilə bilər.

Artıq onun Almaniyanın Noy-Ulm şəhərindəki qəbrindən başdaşı götürülüb.

Bu barədə Almaniyada yaşayan azərbaycanlı tərcüməçi Qurban Dağlı Azadlıq Radiosuna məlumat verib.

Naxçıvanda anadan olmuş, Moskvada hərbi akademiyada təhsil almış və mayor rütbəsində 2-ci dünya müharibəsində alman ordusuna əsir düşmüş, sonradan isə Sovet ordusuna qarşı döyüşən və amalı Azərbaycanda müstəqil dövlət qurmaq olan milli legionun komandiri olmuş Düdənginski müharibədən sonra Azadlıq Radiosunun ilk direktoru vəzifəsində çalışarkən sovet kəşfiyyatı tərəfindən qətlə yetirilib.

O Noy-Ulmda qardaşı Seyfyulla ilə bir qəbirdə basdırılmışdı.

Q.Dağlı bildirib ki, Almaniyada kimsə dəfn ediləndə onun yaxınları ilə qəbiristanlıq idarəsi arasında müəyyən müddətə müqavilə bağlanır.

Beləcə, görkəmli hərbçinin ölümündən - 1954-ci ildən indiyəcən qəbrin saxlanmasına görə Noy-Ulmdakı məzarlığa pul ödənib.

Amma son müqavilənin başa çatmasından sonra yeni müqavilə imzalanmadığı üçün qəbir ləğv edilə bilər.

Q.Dağlı bildirib ki, əgər bu edilməzsə, mayın 31-də Düdənginskinin sümükləri qəbirdən çıxarılacaq, həmin yerdə başqa qəbir yaradılacaq.

Almaniyada qəbiristanlıqlar üçün yerlərin azlığı səbəbindən belə bir praktika istifadə edilir.

O, Noy-Ulmdakı məzarlıq idarəsi ilə əlaqə saxladığını və başdaşının bərpası və yeni 20 illik müqavilənin imzalanması üçün 3025 avronun lazım olduğunu bildirib.

Ə.Düdənginski 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib və "Qırmızı Ulduz" ordeni ilə təltif olunub.

Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləyib.

1940-cı ilə Sovet Ordusu hissələri Baltikyanı respublikalarını işğal etikdən sonra Ə.Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilib.

Düdənginski haqda onunla tanış olan insanların, demək olar ki, hamısının fikirləri xeyli yüksək olub.

Sonralar SSRİ-nin Müdafiə naziri olmuş, bir zamanlar Ə.Fətəlibəyli ilə birgə Baş qərargahın Akademiyasında oxumuş Sovet İttifaqı Marşalı A.Qreçko yazırdı:

"O, heyrətedici bir aydın ağıla və təhlil düşüncəsinə malik idi və anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik".

Əbdürrəhman Fətəlibəyli-Düdənginski
Əbdürrəhman Fətəlibəyli-Düdənginski
XS
SM
MD
LG