Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Əli Həsənov: “Heydər Əliyev haqda kitab yazıb, sonra bunu spekulyasiyaya çevirənlər var”


Əli Həsənov

Əli Həsənov

“Bəzən yanıma gəlib deyirlər ki, Heydər Əliyev, yaxud İlham Əliyev haqqında kitab yazmışam, amma icazə vermirsiniz ki, çap etdirək”.

APA-nın verdiyi məlumata görə Bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

- Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirənlər var. Bəzən bu işə çox hörmətli adamlarımız da qoşulur. Cildlərlə kitablar yazırlar və həmin kitablar yalnız onu yazanın kitabxanasında özünə yer tapır. Əslində heç bir ictimai yükü olmayan kitablar yazmaqdansa, Qarabağın, Naxçıvanın tarixi ilə əlaqədar, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə salnamələr yazmaq lazımdır.

Əli Həsənov bunu “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimat mərasimində çıxışında bildirib və kitabı nümunə göstərib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG