Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:55

"Atatürk"dəki yeni ibadət evinin 3 aydan sonra istifadə veriləcəyi gözlənilir

Türkiyənin Atatürk hava lımanında inşa edilən yeni məscidin bünövrəsi 7 ay bundan əvvəl qoyulsa da, tikinti işləri tamamlanmayıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, hələlik məscid inşasının 80 faizi tamamlanıb. İbadət evinin 3 aydan sonra istifadəyə verilməsi gözlənilir.

Köhnə məscidin yerində inşa edilən dini obyektdə eyni vaxtda təqribən 2 min nəfər ibadət edəcək. Yeni məscid Səlcuqlu arxitekturasına uyğun tikilir. Atatürk hava limanından gündə təqribən 100 min insan keçir, işçi heyəti isə 35 min nəfərdən ibarətdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG