Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:04

Ərəb Liqası Suriyanı müzakirə edir


Martın 29-da İraqın paytaxtında keçirilən Ərəb Liqası ölkələrinin sammitində Suriyadakı böhran vəziyyəti də gündəliyə salınıb.

Ehtimal edilir ki, sammit prezident Bashar al-Assadın istefaya getməsinə deyil, Suriya hökuməti və müxalifət fraksiyaları arasındakı “alovu söndürməyə” dəstək verəcək.

Ərəb Liqasından bir ildir ki uzaqlaşdırılan Suriya isə artıq bəyan edib ki, sammitin hər hansı təşəbbüsünü rədd edəcək.

Bağdadda sıx-sıx bomba hücumlarının yaşandığı bir ortamda 22 Ərəb Liqası üzvlərinin çoxu İraqın şiə hökumətinin təşkil etdiyi zirvə toplantısında iştirak edə bilmir.

Bununla yanaşı, İraqın Küveytə 1990-cı ildəki müdaxiləsindən bəri ilk dəfə olaraq Küveyt əmirinin bura gəlişi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG