Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Yeni Delhidə Sammit keçirilir


Martın 29-da Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika liderləri Hindistanda “İnkişafda olan dünya” adlı sammitin açılışını ediblər.

Sammitin gündəliyində birgə bankın yaradılması, 5 ölkənin fond birjalarını yaxınlaşdırmaq üçün mexanizmlər tapılması, Orta Şərqdəki vəziyyətin və İrandan neft idxalının müzakirələri var.

Braziliyanın əmək naziri Fernando Pimentel ötən həftə demişdi ki, bu beş ölkə birgə inkişaf bankının yaradılması ilə bağlı tədqiqat barədə sammitin sonunda razılaşma imzalayacaqlar.

İran neftinin ən böyük müştərilərindən Çin və Hindistanın əmək nazirləri bildiriblər ki, Vaşinqtonun təzyiqinə baxmayaraq, ölkələri İranla iqtisadi əlaqələrini qoruyub saxlayacaqlar.

Çinin əmək naziri Chen Demingin sözlərinə görə, onun təmsil etdiyi ölkə İranla münasibətlərini davam etdirəcək və “bir ölkənin birtərəfli hərəkəti başqa ölkələr üçün öhdəlik deyil”.

Günün bütün mövzuları

XS
SM
MD
LG