Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:17

Əmanətlərin qaytarılmasında analoqu olmayan mexanizm, Turqut Özalın sirli ölümü, 70 yaşında döyülən nənə...


Mətbuat icmalı

Mətbuat icmalı

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan hökuməti əmanətləri birdəfəlik qaytarmaqla dünya praktikasında daha mütərəqqi maliyyələşmə mexanizmini yaradacaq».

«Əmanətçilərə ödəmələr 2012-ci ilin iyunundan başlayacaq və 2013-cü il dekabrın 31-də başa çatacaq. Bu, dünya praktikasında rast gəlinməyən ən mükəmməl mexanizmdir. Yəni, əmanətlərin birdəfəlik qaytarılması təcrübəsi indiyədək heç bir ölkədə olmayıb».

TURQUT ÖZALIN ÖLÜMÜNDƏ LİMON İZİ...

«Yeni Müsavat» Türkiyənin 8-ci prezidenti «Turqut Özalın sirli ölümündə «Bakı izi»ndən yazır. Qəzet Turqut Özalın müşaviri Sərvət Kavaklının fikirlərini dərc edib.

O deyib ki, «iddia olunur ki, həmin sərgidə Azərbaycandan gətirilmiş zəhər limonda qatılaraq ona içirdilib».

Qəzet daha sonra yazır ki, «mərhum prezidentlə dost olmuş sabiq məhkəmə hakimi Faik Tarımçıoğlu «Kanal A»ya deyib ki, xəstəxanada vəfat edən Özalın qan analizinin nəticələri gizlədilib. «Bizə dedilər ki, qanın olduğu şüşə həkimin əlindən düşərək sınıb. Bu isə kifayət qədər şübhələrə yol açır» deyə, Tarımçıoğlu qeyd edib».

LAVROV BAKIYA NİYƏ GƏLİR?

«Exo» qəzeti yazır ki, Rusiyanın xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı iki məsələ müzakirə olunacaq. Qəzetə görə, həmin məsələlərdən biri İran, digəri Qəbələ Radiolokasiya Sistemi ilə bağlıdır.

«Biz rüşvət və korrupsiya ilə məşğul olmadıq, hakimiyyətdən sui-istifadə etmədik, xalqla əlaqəni kəsmədik». Bu fikirləri AXCP sədri Əli Kərimli «Azadlıq» qəzetinə müsahibəsində deyib. Əli Kərimliyə görə, Azərbaycanın ictimai-siyasi səhnəsinə yeni nəsil gəlir.

«Gənclər başa düşdülər ki, ölkəni avtoritar əsirlikdə saxlayan hakimiyyət kifayət qədər qəddardır».

70 YAŞINDA DÖYÜLƏN NƏNƏ

«Bizim yol» Saatlı rayonunun Musalı kənd sakini «Məmur kabinetində döyülən nənə” dən yazır. Qəzetə müsahibəsində 70 yaşlı Hafizə Şıxaliyeva deyib ki, «Evi Kürdə, sağlamlığı icra hakimiyyətində, azadlığı polisdə, pulu məhkəmədə batıb»
«Söydülər, döydülər, ac-susuz polisdə saxladılar, sonra da 100 manat cərimələdilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG