Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:56

Bu il yeni doğulanlara ən çox Yusif və Nuray adları qoyulub


Azərbaycanda bu il doğulan oğlan uşaqlarına qoyulan ən populyar adlar peyğəmbər və imam adları olub.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il yeni doğulan oğlan uşaqlarına qoyulan ən populyar ad Yusifdir. Bu il 146 oğlan uşağına Yusif adı qoyulub.
Yusif adı 2011-ci ildə 4011, 2010-cu ildə 2956 oğlan uşağına verilib.

Sonrakı sırada Hüseyn (134), Əli (122), Məhəmməd (88), Ömər (74) adları yer alır.

İlk onluqda sonrakı sırada Murad, Ayxan, Fərid, Tunar və Nihat adlarıdır. Bu il oğlan uşaqlarına verilən ən populyar adlar sırasında sonuncu yerlərdə Ülvi, Sübhan, Vaqif, Vüsal, Ruslan, Malik, Azər və Röyal adları dayanır.

Bu il doğulan qız uşaqlarına verilən ən populyar ad Nuray olub. Bu il 142 qız uşağına bu ad qoyulub. Nuray adı ötən il 3497, 2010-cu ildə isə 3010 qız uşağına verilib.

Ən populyar qız adları sırasında Zəhra (128), Fatimə (118), Ayan (98), Fidan (66), Leyla (62), Zeynəb (59), Xədicə (55), Nəzrin (50) adlarıdır.

Ən populyar qız adları sırasında sonuncu yerlərdə Jalə, Aygün, Sona, Nazlı, Arzu və Pəri adları gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG