Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

AXCP sədrinin qaynı MTN tərəfindən saxlanıb


Milli Təhlükəsizlik Nazirliyi

Milli Təhlükəsizlik Nazirliyi

AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov martın 28-də saxlanıb. Bank işçisi olan 41 yaşlı Elnur Seyidovun hansı səbəbdən saxlandığı hələlik bəlli deyil.

Onun vəkili Əsabəli Mustafayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, Elnur Seyidovu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb və o, hazırda da elə adı çəkilən nazirlikdə saxlanılır.

Müdafiə etdiyi şəxsə hər hansı ittiham irəli sürülmədiyini deyən Əsabəli Mustafayev bildirir ki, bütün məsələlərə martın 29-da onunla görüşdən sonra aydın gətirə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG