Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

Azərbaycanlı professor Türkiyə Universitetinin rektoru təyin edilib


Azərbaycanlı professor Aygün Attar Türkiyənin Giresun Universitetinin rektoru təyin edilib.

APA-nın məlumatına görə, Aygün Attar təyinatdan əvvəl həmin ali məktəbin prorektoru və fənn ədəbiyyat fakültəsinin dekanı olub, bir müddət rektor vəzifəsini icra edib.

Xatırladaq ki, Bakı Dövlət Universitetini bitirmiş soydaşımız 20 ildir ki, Türkiyədə yaşayır.

Azərbaycan tarixi və mədəniyyətinin təbliğilə məşğul olan professor Aygün Attar ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi qırğınlarla bağlı bir çox məqalələrin müəllifidir.
XS
SM
MD
LG