Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:12

İranın nüvə proqramı ilə bağlı danışıqlar aprelin 13-də keçiriləcək


Mahmud Ahmadinejad və Recep Tayyip Erdogan, 17 may 2010

Mahmud Ahmadinejad və Recep Tayyip Erdogan, 17 may 2010

Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan İranın nüvə proqramı və Suriyadakı münaqişəni müzakirə etmək üçün Tehrana gəlib. İkigünlük səfərdə Erdoğan İranın ali dini lideri Ayətullah Ali Khamenei və İran prezident Mahmoud Ahmadinejad'la görüşəcək.

Türkiyə dəfələrlə bildirib ki, İranın dinc nüvə proqramını həyata keçirmək hüququnu dəstəkləyir. Ankara Qərb dövlətlərinin İranın neft sənayesini hədəf alan sanksiyalarını da dəstəkləməkdən imtina edib. Lakin Suriya məsələsində bu iki regional dövlətin fikirləri haçalanır.

İran ərəb dövlətlərindən özünün ən yaxın müttəfiqi olan Suriya rejimini müdafiə edir. Ancaq Erdoğan Bashar Assad'ı Suriyadakı münaqişəyə son qoyulması üçün istefa verməyə çağırır.

Türkiyə həm də 17 mindən çox suriyalıya, o cümlədən qiyamçı Azad Suriya Ordusunun döyüşçülərinə sığınacaq verib. Türkiyə Suriyanın müxalif qruplaşmalarının görüşməsinə imkan yaradır.

Erdoğan`ın səfəri ərəfəsində İran prezidenti Ahmadinejad Suriya hökumətinin xalq üsyanı ilə bağlı siyasətini təqdir edib.

Recep Tayyip Erdoğan'ın Tehrana səfəri onun Cənubi Koreyadakı nüvə təhlükəsizliyi sammitində ABŞ prezidenti Barack Obama ilə görüşündən sonraya təsadüf edir.

DANIŞIQLAR APRELİN 13-DƏ BƏRPA OLUNACAQ

Buşehr nüvə zavodu, 12 sentyabr 2011

Buşehr nüvə zavodu, 12 sentyabr 2011

Martın 28-də İranın Xarici İşlər nazir Ali Akbar Salehi Erdoğan'ı qarşılayanda deyib ki, İranın nüvə proqramı ilə əlaqədar Tehranla 6 böyük dövlət arasında danışıqlar aprelin 13-də bərpa olunacaq.

NATO üzvü olan Türkiyə İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Böyük Britaniya, Çin, Fransa, Rusiya, ABŞ) və Almaniya arasında danışıqların növbəti raunduna ev sahibliyi etmək təklifi ilə çıxış edib. Bundan əvvəlki danışıqlar 2011-ci ilin yanvarında İstanbulda olmuşdu. Ancaq həmin danışıqlar uğursuz olmuşdu.

Qərb dövlətləri İranı nüvə silahı istehsal etməyə cəhddə ittiham edirlər. İrana qarşı bir neçə sanksiyalar da tətbiq olunub. Tehran isə ittihamları rədd edir, nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

Nüvə təhlükəsizliyinə dair Seulda keçirilən sammitdə ABŞ prezidenti Obama demişdi ki, İran probleminin həlli üçün vaxt azalır. Türkiyə rəsmiləri Erdoğan'ın İrana ABŞ-ın mesajını çatdıracağı barədə fikirləri təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG