Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:56
Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın “Nobel” mükafatına namizədliyi qeydə alınıb.

Kulis.az-a açıqlamasında yazıçı bu məlumatı təsdiqləyib.

Kamal Abdulla bildirib ki, Azərbaycan mühitində “Nobel”ə namizədliyin təsdiqlənməsi bu mükafatı almağa bərabərdir.

Kamal Abdullanın Nobel Komissiyasına təqdim edilən trilogiya tipli 3 - “Sehrbazlar dərəsi”, “Yarımçıq əlyazma” və “Unutmağa kimsə yox” əsərləri yüksək qiymətləndirilərək mükafata namizəd kimi qeydə alınıb.

Onun namizədliyinin qeydə alınması ilə bağlı rəsmi məktub da martın 17-də yazıçıya göndərilib.

Amma bəzi media orqanlarının yazdığı kimi onun namizədliyini heç də Azərbaycan Yazıçılar Birliyi irəli sürməyib.

Yazıçı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın “Nobel” mükafatına namizədliyinin qeydə alınmasından Yazıçılar Birliyinin xəbəri yoxdur.

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu oxuzali.az-a bildirib ki, bu il Yazıçılar Birliyi Nobel mükafatı üçün namizəd təqdim etməyib.

“Mən Anar müəllimlə də, Arif Əmrahoğlu ilə də danışdım, bizim bu təqdimatdan xəbərimiz yoxdur. Ola bilsin, “Nobel” komitəsinin Azərbaycan nümayəndəliyi bu namizədliyi irəli sürüb. Bu məsələdə vəziyyət bir qədər başqa cürdür. Səhv etmirəmsə, hər hansı təşkilat bu məsələ ilə bağlı komitəyə müraciət edə bilər”

Kamal Abdullanın Nobel mükafatına namizədliyi bir neçə il əvvəl də irəli sürülmüşdü.

Qaydalara görə, istənilən ölkənin yazıçısının bu mükafata namizədliyi irəli sürülə bilər.

Mükafatın kimin verilməsini müəyyənləşdirmək İsveç Akademiyasına tapşırılıb.

Hər il İsveç Akademiyası dünya ölkələrindəki yazarlar birliklərinin rəhbələrinə, dil və ədəbiyyat institutlarına, Nobel mükafatçılarına minlərlə məktub göndərərək onlardan mükafata namizəd irəli sürmələrini xahiş edir.

Yazarlar birliklərinin rəhbərləri öz namizədliklərini verə bilməzlər.

Adətən minlərlə müraciətdən təxminən 50-sinə cavab (namizədin irəli sürülməsi haqda) gəlir.

Fevralın 1-dən sonra gələn cavablar nəzərə alınmır. İlkin seçimdən sonra apreldə “20-lik”, yayda isə “5-lik” müəyyən edilir.

Bundan sonra "5-liyin" əsərləri ətraflı şəkildə nəzərdən keçirilir.

Oktyabr ayında İsveç Akademiyasının üzvləri səsvermə ilə qalibi seçirlər. Yarıdan çox səs qazanan namizəd qalib elan edilir.

Cavid Zeynallı

Günün bütün mövzuları

XS
SM
MD
LG