Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42

Dünya gəncləri yenidən Gəncəyə toplanır


Bu barədə məlumat verən Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov deyir ki, dünya gənclərinin iştirakçılığı ilə Gəncədə iki beynəlxalq təlim keçiriləcək.

«Təlimlərdən biri gənclər təşkilatlarının yaradılması və idarəedilməsinə, digəri isə gənclər təşkilatlarında gender bərabərliyinin təmin olunmasına həsr ediləcək. Təlimlər aprelin 5-də başlayacaq və 12-nə kimi davam edəcək. Beynəlxalq təlimdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşic və Avropa Gənclər Şəbəkəsinin prezidenti İvana Davidovska da iştirak edəcək».

M.Zeynalovun bildirdiyinə görə, beynəlxalq təlimlərdə təxminən 40 ölkədən 60-a yaxın gənc iştirak edəcək. Təlimləri Avropadan olan beynəlxalq təlimçilər keçəcək.

Beynəlxalq tədbir Gəncə şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Avrasiya Əməkdaşlıq Fondunun, Avropa Gənclər Fondunun, Gəncə şəhər Gənclər və İdman İdarəsinin və «Gələcəyə Körpü» Gənclər İctimai Birliyinin dəstəyi ilə həyata keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG