Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:46

Replə Quran oxumaq günahdırmı? (VİDEO)


Azerbaijan. Baku. Reading Guran (Photo http://ufa.rfn.ru)
Azerbaijan. Baku. Reading Guran (Photo http://ufa.rfn.ru)

Ufadan olan üç gənc musiqiçi Qurani Kərimdən bəzi ayələri rep stilində oxuyub - klip çəkəndən sonra dindarlar arasında bunun düz olub-olmaması ilə bağlı mübahisə düşüb.

Ufadan olan üç gənc musiqiçi Qurani Kərimdən bəzi ayələri rep stilində oxuyublar. Onların klipi İnternetdə ciddi müzakirələrə səbəb olub.

Fanazil Yarullin, Sabir Sattarov və Agamuglan Alışov kliödə səslənən musiqini özləri bəstələyiblər. Deyirlər ki, Məhəmməd Peyğəmbəri də mətnin müəllifləri sırasına aid etmək olar.

Gənc musiqiçilər sağlam həyat tərzini təbliğ etmək istəyiblər. Belə qərara gəliblər ki, bu sahədə müqəddəs söz ciddi rol oynaya bilər. Musiqiçilər deyirlər ki, klipi yayandan sonra onların özləri də zərərli vərdişlərdən əl çəkərək ibadət etməyə başlayıblar.

Lakin Quranın bu cür oxunulması bəzi dindarlar tərəfindən narazılıqla qarşılanıb. Onlar deyirlər ki, Qurani-Kərimi sakit mühitdə və müvafiq yerlərdə oxumaq lazımdır. Müqəddəs kitabın sözlərini musiqi altında oxumaq isə günaha bənzər əməldir.

Bəzi inanclılar isə əksinə, bu təşəbbüsü çox bəyəniblər. Hətta Müsəlmanların Ruhani İdarəsi də onları dəstəkləyib. İdarənin təmsilçisi bildirib ki, Allah sözü hər bir insana çatmalıdır. Onun hansı formada çatdırılması önəm daşımır. Əgər musiqi ilə oxunan Quran ayələri kiməsə daha çox təsir edəcəksə, onda bu variantdan da istifadə etmək olar.

İndi ruhani triosu yeni oxşar layihə üzərində işləyir. Bu dəfə onlar alkoqolizmlə mübarizəyə həsr edilmiş klip hazırlayacaqlar.

Bəs sizcə necə - Qurani Kərimi başqa musiqi stilində günahdırmı? Ya allahın sözünü hər cür çatdırmaq olar?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG