Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:20

«Harry Potter»in macəraları elektron kitab oldu


Courtesy photo
Courtesy photo
J.K. Rowling-in yazdığı dünyaca məşhur «Harry Potter»in macəraları toplanmış 7 kitab martın 28-dən etibarən elektron formatda satışa çıxarılıb.

Kitablar «Pottermore» saytından satışa çıxıb. E-kitabların satışı ancaq bu saytdan gerçəkləşdiriləcək.

Adıçəkilən sayt kitabların əvvəlcə ingiliscə satışa qoyulduğunu, gələcək həftələrdə isə fransız, italyan, alman və ispan dillərində də olacağını açıqlayıb.

Tanınmış yazıçı Rowling uzun illər kitablarının rəqəmsal yayımına etiraz edirmiş.

Yazıçının nədən bu formata razılaşdığı açıqlanmır.

Xatırladaq ki, Rowling-in «Harri Potter» seriyasından ilk kitabı 1997-ci ildə, son kitabı isə 2007-ci ildə çıxıb.

Rowling -in kitabları bütün dünyada satış rekordları qırıb—indiyədək 450 milyon nüsxə satılıb.

Xanım Rowling özü isə kitablarından heç də az populyar deyil.

Forbes jurnalı 2008-ci ildə onu ən məşhur varlı elan etmişdi.
XS
SM
MD
LG