Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:56

Bir ailənin 4 üzvü yanaraq ölüb


Bu gecə Sabirabad rayonunda baş verən yanğın nəticəsində bir ailənin 3-ü azyaşlı uşaq olmaqla 4 üzvü yanaraq ölüb. Hadisə rayonun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə baş verib.

Hadisə nəticəsində bütövlükdə evin yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvəsinin yanmış meyitləri tapılıb. A.Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıblar.

Məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
XS
SM
MD
LG