Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:53

Maryland Universiteti uğurlu üz köçürmə əməliyyatı keçirib


Maryland Universitetinin tibb mərkəzində uğurlu üz köçürmə əməliyyatı aparılıb. Əməliyyat 36 saat çəkib. 37 yaşlı Richard Lee Norrisə yeni üz, dişlər, üst və alt çənə köçürülüb.

Norrisin üzü 15 il əvvəl qəza nəticəsində tanınmaz şəklə düşmüşdü. Həkimlər əməliyyatdan sonra onun yeni üzünü hiss etdiyini, dişlərini fırçaladığını bildiriblər. Norrisin qəzadan sonra itirdiyi iy bilmə qabiliyyəti də bərpa olunub.

Əməliyyat qrupunun rəhbəri, cərrah Eduardo Rodriguez bildirib ki, Richard Lee Norrisə 15 il əvvəlki həyatını geri qaytaracaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG