Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:43

Clinton Assadin səmimi olmasını istəyir


ABŞ dövlət katibi Hillary Clinton Suriya prezidenti Bashar Assadin BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın sülh planını qəbul etməsinə münasibət bildirib.

“Kofi Annanın verdiyi açıqlamaya görə, Assad rejimi sülh planını qəbul edib. Bu məsələnin həllində irəliyə doğru addım kimi qiymətləndirilir”.

Clinton Bashar Assadin bundan əvvəl də verdiyi vədlərə işarə edib. Deyib ki, “verilən qərarların səmimi qərarlar olduğunu sübut etmək üçün hökumət bunları yerinə yetirməlidir”.

Kofi Annanın planına görə, təcili zorakılıqlara son qoyulur, münaqişə bölgələrinə humanitar yardımların çatdırılması təmin olunur, müxalifətlə hökumət danışıqlara başlayır.

BMT-nin məlumatına görə, Suriyada keçən ildən başlayan münaqişə nəticəsində 9 mindən artıq adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG