Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:08

Suriya Annanın planını qəbul edib


Suriya BMT-nin və Ərəb Birliyinin nümayəndəsi Kofi Annanın planını qəbul edib. Annanın sözçüsü Ahmed Fevzi Suriya hakimiyyətinin ölkədəki qanlı münaqişələri son çatdırmaq məqsədi ilə hazırlanan 6 maddəlik planı qəbul etdiyini bildirib.

Plana görə, yaralıların köçürülməsi və humanitar yardımın çatdırılması üçün Suriya qoşunlarının gündə iki saat atəşkəs elan etməsi də daxil olmaqla problemin siyasi həllinə nail olunacaq. Toqquşmalar dayandırılacaq, mülki şəxslər müdafiə olunacaq. Bütün münaqişə bölgələrinə humanitar yardımlar çatdırılacaq. Mediaya ölkə ərazisində sərbəst gəzmək hüququ veriləcək, toplaşma azadlığı təmin olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG