Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:39

Ali təhsil müəssisələrində saxta diplomu olan şəxslərin sayı açıqlanıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda saxta diplomu olan şəxslərin sayını açıqlayıb.
Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə martın 28-də keçirilən tədbirdə bildirib ki, 1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın «qara baza»sına düşsə də, onların əlində diplom var.

Hazırda ölkə Prezidentinin sərəncamı ilə TQDK tərəfindən hazırlanmış «Tələbə-məzun dövlət elektron məlumat sistemi»ndə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 978 226 nəfər haqqında məlumat var. Onlardan 615 582 nəfər tələbə adını qazanıb.

Abbaszadə hesab edir ki, bu ildən saxta diplomlarla bağlı faktlar olmayacaq.

«Bu ildən etibarən yəqin ki, belə faktlar olmayacaq. Çünki hər il diplom alanda onların əmri bu bazaya daxil olacaq», -TQDK sədri əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG