Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:42

Efe Gürsoy. Əvvəl Səni Sevdim, Sonra Azərbaycanı (20-likdən)


Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).


Efe Gürsoy

(Türkiyə)


Əvvəl Səni Sevdim, Sonra Azərbaycanı

Sabahım xeyir olub,
Könlümə, baharın ilk günü kimi doğuldun,
Al yanaqların, yaşıl dırnaq boyaların və
masmavi xəyalların ilə,
Əvvəl səni sevdim, sonra Azərbaycanı.

Hər vaxtım xeyir,
Əllərimi tutub, gözlərimə baxdığın hər vaxt,
Gülümsəyən gözlərinin ağlıma gətirdiyi
gözəl insanları ilə,
Əvvəl səni sevdim, sonra Azərbaycanı.
Nə gözəl bir bəxt,
Hz. Məhəmmədin müjdələdiyi şəhərdə yaşayıb,
Bura qardaş bir şəhərdə aşiq olunca,
Əvvəl səni sevdim, sonra Azərbaycanı.
Amma darıxmıram artıq, xeyr,
İstanbuldakı kütləni, səs-quyu unutduran,
Bakıda tək bir xanım və onun yaşatdığı dinclik ilə,
Əvvəl səni sevdim, sonra Azərbaycanı.
Anka kimiyəm, halıma bir bax,
Qanadlanmisam xoşbəxtlikdən, alov-alov yanıram
Günəşə uçmaqdan deyil, kor kimi yaxan eşqindən,
Əvvəl səni sevdim, sonra Azərbaycanı.
ürəyim sanki bir bayraq,
Sən ağlıma gəldikcə dalgalanar dayanmadan,
Ay, tac olunca başına, ulduzlar da bəzəkləri,
Əvvəl səni sevdim, sonra Azərbaycanı.
Yaşıllaşar hər bir yarpaq, olar hər yer gülüstan,
Məhəbbətə doyum olmaz, səninlə görüşdüyümüz an,
Qurban olaram sənə və yaşadığın vətənə,
Əvvəl səni sevdim, sonra Azərbaycanı.
Yüz il keçsə də sevəcəyəm, unutmaz deyərlər torpaq,
Hər dəqiqənin, hər saniyənin əhəmiyyəti var,
Yaşadıqca bu şəhər, bütün ürəyinlə sevdikcə sən,
Əvvəl səni sevdim, sonra Azərbaycanı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG