Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:39

Azərbaycan Yerevandakı gənclər forumunda iştirakdan imtina edib


Azərbaycan martın 26-28-də Ermənistanın paytaxtında keçiriləcək dördüncü “Şərq tərəfdaşlığı” platformasının gənclər forumunda iştirakdan imtina edib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib ki, bu Ermənistanın müxtəlif vaxtlarda Bakıda keçirilən beynəlxalq tədbirlərdə, xüsusən “Eurovision 2012” mahnı müsabiqəsində iştirakdan imtinasına cavab addımıdır.

“Şərq tərəfdaşlığı”nın iştirakçısı olan ölkələrin gənclər forumlarından biri kimi - Yerevan forumu “İnsanlar arasında əlaqələr” şüarı ilə keçirilir və gənclərin peşəkar bacarıqlarını və əmək bazarında rəqabətə davamlılığını artırması üçün yeni maliyyə alətlərindən istifadə ilə tanışlığını nəzərdə tutur.
XS
SM
MD
LG