Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08

Polşa kəşfiyyatının keçmiş rəhbəri gizli Amerika həbsxanalarına görə ittihamla üzləşib


Polşa kəşfiyyatının keçmiş rəisi Zbigniew Siemiatkowski ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi üçün gizli həbsxanalar saxlanmasıyla bağlı ittiham irəli sürülüb. Polşa Baş prokurorluğundan bildiriblər ki, 2002-2003-cü illərdə Mərkəzi Kəşfiyyat Agentliyinin Əfqanıstandan Quantanamoya uçan azı 7 təyyarəsinin Polşanın şimalında endiyi haqda faktlar var. New-York Times qəzeti daha əvvəl yazmışdı ki, Mərkəzi Kəşfiyyat İdarəsinin bəzi əməkdaşları Al-Qaeda üzvlərinin Polşada suda boğulma yoluyla dindirildiyini etiraf ediblər.

Əvvəllər rəsmi Varşava ölkədə hər hansı gizli Amerika həbsxanasının olması faktını təkzib edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG