Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:23

Şengen vizasını 2 200 manata “düzəldirmiş”?


Arxiv foto
Arxiv foto
-

Respublika Prokurorluğu bugünlərdə "Qlobal" Məhdud Məsuliyyətli Müəssisənin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynurə Quliyevanı saxlandığını bildirir. Rəsmi məlumatda deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət araşdırılarkən müəyyən edilib ki, Aynurə Quliyeva Elnarə İsmayılova adlı vətəndaşa "Şengen" vizasının əldə edilməsi üçün 2.200 manat tələb olunduğunu bildirib.

Sonra o, həmin pulun 1 800 manatını alaraq Elnarə İsmayılovanın adına iş yeri və bankda hesabın olması barədə saxta arayışlar tərtib edib həmin sənədləri Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin səfirliyinə təqdim edib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Aynurə Quliyeva bu ittihamlarla suçlu bilinsə 1 000 manatdan 2 000 manata qədər iki cərimə və ya iki ilədək müddətə islah işləri, yaxud da əmlakı müsadirə olunmaqla 3 ilə qədər azadlıqdan məhrumedilmə ilə cəzalandırıla bilər. Amma hələlik nə onun yaxınlarının, nə də vəkilinin rəsmi məlumatda səslənən ittihamlarla bağlı mövqeyi məlum deyil.

Şengen vizası Şengen müqaviləsinə qoşulan Avropa Birliyi ölkələrinə sərbəst səfərlərə icazə verən viza növdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG