Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Qazaxıstanda müxalifətçilərin məhkəməsi başlandı


Martın 27-də Qazaxıstanda Zhanaozen hadisələrinə görə ittiham edilənlərin məhkəməsi başlanıb. 37 nəfəri Zhanaozendə iğtişaşlar təşkili və iştirakda ittiham edirlər. Müttəhimlər ittihamları qəbul etmir. Tutulanların əksəriyyəti müxalifət fəallarıdır.

Ötən il dekabrın 16-da Zhaozen şəhərində sosial şəraitin yaxşılaşdırılması və maaşların artırılmasını tələb edən neftçilərlə polis arasında toqquşma olmuşdu. Azı 16 etirazçı öldürülmüşdü, yüzlərlə adam yaralanmışdı.

Məhkəmənin başlanmasından az sonra yüzlərlə adam məhkəmə binası ətrafına toplaşıb və girişi bağlayıblar. Hakim prosesi müvəqqəti təxirə salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG