Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:57

Ünvanlı sosial yardım təyin üçün rüşvət almaqda ittiham olunan məmur tutuldu


World -- Corruption, bribery, generic photo
World -- Corruption, bribery, generic photo

Respublika Prokurorluğu martın 16-da Qaradağ rayon Əmək və Əhalinin sosial müdafiəsi Mərkəzinin baş məsləhətçisi Şahin Əsədovu həbs etdiyini bildirir. Prokurorluğun yaydığı rəsmi məlumatda deyilir ki, Bakı şəhər sakini Ruhiyə Qarifulina "161 - Qaynar xətt" əlaqə mərkəzinə şikayət edərək ünvanlı sosial yardım ala bilmək üçün ondan 450 manat rüşvət tələb olunduğunu bildirib. Şahin Əsədov bu pulun 200 manatını öz xidməti otağında Ruhiyyə Qarifulinadan alarkən həbs edilib.

Rəsmi məlumatda deyilir ki, məmurun iş otağından ünvanlı dövlət sosial yardımın alınması üçün nəzərdə tutulan ayrı-ayrı vətəndaşların adlarına olan 100-dən artıq plastik ödəniş kartları, 300-dən artıq plastik ödəniş kartlarına aid məxfi pinkodlar götürülüb.

Şahin Əsədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. O, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Respublika Prokurorluğunun rəsmi məlumatında adı çəkilən Şahin Əsədovun yaxınları, ya da vəkilinin bu ittihamlarla bağlı hər hansı reaksiyası məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG