Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34
-
MƏHƏBBƏT ÜÇBUCAĞI YA DA DÖRDBUCAĞI...

Hersoq köməkçisini sevdiyi qadına elçi göndərir. Qrafinya isə bir könüldən min könülə elçiyə aşiq olur. Elçi isə başqasını, öz ağasını - hersoqu sevir. Çaşmayın, həmin elçi kişi paltarında qadındır – Viola'dır.

Bu düyünün necə çözüldüyünü Shakespeare'in «12-ci gecə»sini oxuyanlar yaxşı bilir. Bir də buna səhnədə baxmaq şansınız var. Milli Akademik Dram Teatrında. Tamaşa pulsuzdur. Axı 27 mart Beynəlxalq Teatr Günüdür.

«CAVANLAR BUNU ÇOX RAHAT, ÇOX ASAN DUYACAQLAR»

Buna premyera da demək olmaz. «12-ci gecə» bir dəfə Akademik Milli Dram Teatrının səhnəsində oynanılıb. Bu, 2 nazirliyin - Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri ilə Teatr Xadimləri İttifaqının birgə layihəsidir. Rollarda ayrı-ayrı teatrların aktyorları oynayıb. Amma indi Akademik Milli Dram Teatrı tamaşanı bərpa edib. Başqa teatrların aktyorlarını özününkülərlə əvəz edib.

Tamaşanın bədii rəhbəri Azərpaşa Nemətov:

«Bir dəfə oynanıb, sonra tamaşa dayanıb. Aktyorlar dəyişib. İndi bərpa olunub və tamaşa yola düşür. Bu, gənc rejissorların işidir. Mən bu işə sadəcə rəhbərlik edirəm. Vaxtilə mən bunu düşünmüşəm, sonra insanları bu proyektə dəvət etmişəm, birlikdə işləmişik».

Bədii rəhbər tamaşanı bəyənibmi? Bir tamaşaçı kimi onun qiyməti necədir?

«Mən tamaşaçı kimi yox, iştirakçı kimiyəm. Tamaşaçı kimi baxmamışam düzü. Məncə, sevməlidirlər. Klassik formada hazırlanmayıb. Müasir formadadır və çox yaxındır. Hər halda, cavanlar bunu çox asan, çox rahat duyub hiss edəcəklər. Yaşlı nəsil də məncə, narazı qalmamalıdır».

REP ÜSLUBUNDA BİR-İKİ MAHNI

Bəs gəncləri cəlb edəcək yenilik nədir? Bu sualın cavabını Azərpaşa Nemətovdan yox, aktyor Elnur Məmmədovdan aldıq:

«Rep üslubunda bir-iki mahnı əlavə olunub. İnşallah gəlib baxsaz, özünüz görəcəksiz».

Sonda deyək ki, Olivia'nı Məsmə Aslanqızı, Hersoq Orsino'nu Elşən Rüstəmov, Sebastian'ı Anar Heybətov, Viola'nı Ellada Əhmədova oynayır.
XS
SM
MD
LG