Keçid linkləri

2024, 11 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Suriya hökuməti Annan planını qəbul elədi


Suriya hökuməti BMT və Ərəb Liqasının Suriya böhranıyla bağlı xüsusi elçisi Kofi Annanın planını qəbul edib. Kofi Annanın sözçüsü Ahmad Fawzi martın 27-də deyib ki, Suriya hökumətindən planı qəbul etmələriylə bağlı məktub alıblar.

Annanın planına görə, zorakılığa dərhal son qoyulmalı, ağır texnika yaşayış məntəqələrindən çıxarılmalı, hökumət qoşunlarının mühasirəyə aldığı ərazilərə humanitar yardım dəhlizləri açılmalı, məhbuslar azadlığa buraxılmalı, hərəkət və sərbəst toplaşmaq azadlığı təmin edilməli, jurnalistlər ölkəyə buraxılmalı və hökumətlə müxalifət arasında dialoq başlanmalıdır.

Bu planı BMT Təhlükəsizlik Şurasının bütün üzvləri, o cümlədən əvvəldən Suriya hökumətini dəstəkləyən Rusiya və Çin də müdafiə edir.

BMT-nin hesablamalarına görə, 1 ildir davam edən Bashar Assad rejimi əleyhinə etirazlarda artıq 8 minə yaxın etirazçı öldürülüb.
XS
SM
MD
LG