Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:15

Vasif Talıbovun insan hüquqları ilə bağlı qayğısı...


Vasif Talıbov
Vasif Talıbov
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


Sayı: 25 (20.430) 8 fevral 2012



MİLLİ FƏALİYYƏT PROQRAMINA HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLİB

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Ülkər Bayramova açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin 18 iyun 1980-ci il tarixli Sərəncamı ilə təsdiq edilən İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı «bu sahədə həyata keçiriləcək tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin edib. Bu islahatların məntiqi davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında «İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı» təsdiq olunub.

Ölkəmizdə insan hüquqlarının əsas təminatçısı məhkəmələrdir. Son illər muxtar respublikada məhkəmələrin maddi – texniki bazasının möhkəmləndirilməsi, yeni bina və inventarla təmin olunması məhz bu ali məqsədin gerçəkləşməsinə xidmət edir. Ali Məclisin Sədrinin diqqət və qayğısı ilə Vəkillər Kollegiyasının yaradılması muxtar respublikada insan hüquqlarının təminatına yönəldilən dövlət siyasətinin davamlılığının ifadəsidir.
Konfransa Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova yekun vurub.

YENİ AZƏRBAYCAN PARTİYASI CULFA RAYON TƏŞKİLATININ YARADILMASININ 19-CU İLDÖNÜMÜ QEYD EDİLİB

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının yaradılmasının 19-cu ildönümü münasibətilə elmi – praktik konfrans keçirilib.

...
Qeyd olunub ki, 7 fevral 1993-cü ildə ulu öndərimizin iştirakı ilə Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının təsis konfransı keçirilib. Ümummilli liderimiz bu konfransda proqram xarakterli nitq söyləyib. Rayon təşkilatı yaranan zaman 25 ərazi ilk partiya təşkilatında 450 partiya üzvü var idi. Ötən illər ərzində Yeni Azərbaycan Partiyasının digər təşkilatları kimi, Culfa rayon təşkilatı da uğurlu yol keçib, üzvlərinin sayı dəfələrlə artıb.

Bildirilib ki, zamanın tələbi ilə ulu öndərin Azərbaycanın ağır dövründə yaratdığı bu partiya ilk gündən xalqın partiyası olub. Ona görə də ötən illər ərzində inkişaf edib, daha da möhkəmlənib. Yeni Azərbaycan partiyasının Nizamnaməsindəki tələblərlə əməli üst – üstə düşdüyünə görə xalqın böyük etimadını qazana bilib.

...Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Müasir yaşayış məntəqələrinin sırası genişlənir
- Uşaqların düzgün tərbiyəsi sağlam cəmiyyətin əsasıdır
- Yazılı abidələrimiz tədqiq və mühafizə olunur
- Voleybol yarışı
XS
SM
MD
LG