Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26
Rusiyanın tanınmış müsəlman din xadimi Heydər Camalın mənzilində bu səhər aparılmış axtarışın təfərrüatları məlum olub. Axtarışda şahid qismində iştirak etmiş məşhur teleaparıcı Maksim Şevçenkonun dediyinə görə, səhər saat 7-də Heydər Camalın evinə 5 nəfər gəlib. Onlar özlərini Federal Təhqiqat Bürosunun əməkdaşları kimi təqdim ediblər. Axtarış aparılması üçün içəri buraxılmalarını tələb ediblər.

Heydər Camal qapını açmaqdan imtina edib və Şevçenkonun şahid kim iştirakını tələb edib. Şevçenkonun şahid kimi iştirakı təmin olunduqdan sonra axtarış başlayıb.

Heydər Camala Cinayət Məcəlləsinin 282-ci (cinsinə, irqinə, milliyyətinə, dilinə, dininə, mənşəyinə və sosial mənsubiyyətinə görə şəxsin, yaxud bir qrup şəxsin ləyaqətinin alçalmasına, nifrət və ya düşmənçilik yaymasına yönəlmiş hərəkət) maddəsi ilə ittiham irəli sürülüb.

Heydər Camal Rusiya İslam Komitəsinin sədridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG