Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:30

Əli Evsen «İnterpol»un axtarışına verilməsindən xəbərsiz olduğunu deyir


Əli Evsən

Əli Evsən

Əli Evsen APA informasiya agentliyinə bildirib ki, beynəlxalq axtarışa verilməsi barədə xəbərlər doğru deyil. O deyir ki, belə bir vardısa, bundan özünün də məlumatı olardı.

Əli Evsen bu yaxınlarda Azərbaycanda olduğunu və geri qayıdarkən sərhəddə hər hansı bir problemlə qarşılaşmadığını deyib: “Ötən il İspaniyada mənə qarşı yalançı ittiham elan edildi. Misir hökumətinin tələbi ilə İspaniya hüquq-mühafizə orqanları mənimlə bağlı araşdırma aparıb. Məni korrupsiyada ittiham edirdilər. Sonradan məlum oldu ki, bu işdə heç bir günahım yoxdur və məhkəmənin qərarı ilə məni sərbəst buraxdılar. Ondan sonra mən istədiyim zaman, istədiyim ölkəyə gedirəm. Hazırda İspaniyadayam. Bir neçə gün əvvəl Azərbaycandan Türkiyəyə, oradan da bura gəlmişəm. Əgər İnterpol mənim axtarışıma sanksiya veribsə, niyə məni yolda saxlamadılar? Çox maraqlı bir vəziyyətlə üzləşmişəm”.

Əli Evsen, həmçinin ötən gün İspaniya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşdüyünü, lakin ona axtarışda olması barədə və yaxud başqa bir məslə ilə bağlı məlumat verilmədiyini qeyd edib: “Belə bir şey olsaydı məni sərbəst buraxmazdılar”.


***


Azərbaycanda Evsen şirkətlər qrupuna rəhbərlik edən Əli Evseni Misir rəhbərliyi beynəlxalq axtarışa verib. «İnterpol»un rəsmi saytında olan məlumata görə 1962-ci il təvəllüdlü Əli Evsənin 3 ölkənin Azərbaycan, Türkiyə və Albaniyanın vətəndaşıdır. O həm də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

Eli Evseni Misir rəhbərliyi beynəlxalq axtarışa verib. O, bu ölkədə dələduzluqda ittiham olunur.

Əli EVsen Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Salemi və onun oğlu Halid Salemi ilə birgə ötən ilin yayında çirkli pulların yuyulması, rüşvət və korrupsiya ittihamı ilə əlaqədar İspaniyada həbs edilib. Təxminən bir ay sonra isə günahı sübuta yetirilmədiyi üçün Əli Evsen heç bir girov ödəmədən azadlığa buraxılıb.

Azərbaycanda biznesə hələ 1990-cı illərin əvvəllərində Dubaydan konteyner vurmaqla başlayan Əli Evsen sonra «Star» taksi şirkətini, Elit Ticarət mərkəzini, Şamaxıda soyuducu, kondisioner və məişət texnikası istehsalı üzrə zavodları, A-lizinq şirkətini, Azsamand avtomobilləri istehsalı xəttini və sair biznes qurumlarını yaradaraq Evsen Groupa birləşdirib. Mətbuatın yazdığına görə, 2008-ci ildə Əli Evsen Azərbaycan hökuməti ilə problemləri yarandıqdan sonra ölkədəki biznesini satmağa başlayıb.

Elə həmin ildə Əli Evsen Albaniyanın Albanian Airlines və Fransanın Eagle Aviation şirkətlərini alıb.

Şərhləri göstər

XS
SM
MD
LG