Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:10

«Azərbaycanın Suriyadakı səfirliyi normal rejimdə fəaliyyət göstərir»


Elman Abdullayev
Elman Abdullayev
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev AzadlıqRadiosuna bildirib ki, hazırda Suriyada 30-a yaxın azərbaycanlı tələbə təhsil alır.

«Onların təhlükəsizlik məsələləri daim səfirliyin diqqətindədir. Səfirlik daim onlarla maraqlanır, əlaqə saxlayır, müəyyən qeyri-stabillik müşahidə olunan kimi onların vəziyyəti ilə maraqlanırlar».

Suriyadakı vəziyyət gərginləşəndən sonra oradakı azərbaycanlıların sayı da azalıb.

Elman Abdullayev bildirir ki, əvvəllər onların sayı 60-a yaxın idi, indi 30-a düşüb.

«Elə azərbaycanlılar da var ki, Suriyada yaşasalar da səfirlikdə qeydiyyatda deyillər. Bu cür şəxslərin ölkədə olub-olmamağını müəyyən etmək çox çətindir. Səfirliyin konsulluq şöbəsində qeydiyyatdan keçən azərbaycanlılarla isə daim əlaqə saxlanılır».

Elman Abdullayev hazırda Azərbaycanın Suriyadakı səfirliyinin bağlanması, səfirin geri çağırılması ilə bağlı hər hansı bir qərarın olmadığını da bildirib.

Martın 26-da Türkiyə Suriyadakı səfirliyini bağlayıb. Bundan əvvəl isə Körfəz Əməkdaşlıq Şurasına daxil olan 6 ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Oman, Qətər və Küveytdir Suriyadakı səfirliklərini bağlamışdı.

Daha əvvəl ABŞ və Fransa Dəməşqdəki səfirliklərini bağlayıb. İtaliya, Böyük Britaniya və İspaniya isə Suriyadakı diplomatik missiyalarının fəaliyyətini müvəqqəti dayandırıb.
XS
SM
MD
LG