Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:46

Daha 3 ölkə Azərbaycanda keçiriləcək çempionata vəsiqə qazanıb


Sentyabr 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının daha 3 iştirakçısı müəyyənləşib.

Boliviyada keçirilmiş seçim mərhələ oyunlarında Cənubi Amerika qitəsini təmsil edəcək 3 ölkənin – Braziliya, Uruqvay və Kolumbiyanın 17 yaş qrupundan ibarət komandası Azərbaycanda təşkil olunacaq dünya çempionatında iştirak hüququ qazanıb.

Bundan əvvəl Çin, Şimali Koreya və Yaponiya yığmaları DÇ-2012-yə vəsiqə qazanmışdı.

Azərbaycan yığması isə dünya çempionatında ev sahibi statusu ilə çıxış edəcək.
XS
SM
MD
LG